Təhlükəli cinayətkar səhvən həbsxanadan buraxılıb

07.05.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransada bir həftəyə yaxındır, həbsxanadan səhvən buraxılan cinayətkar axtarılır.

Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə "Fiqaro" qəzeti Bordo şəhər Prokurorluğuna (Fransanın cənub-qərbində yerləşən liman şəhəri - red.) istinadən yazıb.

Məlumata görə, xüsusilə təhlükəli zorakılıq cinayətinə görə 11 il cəza çəkən 25 yaşlı gənc Fransadan Mərakeşə deportasiya edilməli olan digər məhbusun əvəzinə Qradinyan kommunası həbsxanasından azad edilib. Həbsxana rəhbərliyi məhbusların oxşar adlarını qarışdırıb.

Hazırda hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır. Cinayətkar axtarışa verilib və onun barəsində Avropa İttifaqının bütün ölkələrində qüvvədə olan həbs qərarı verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью