Təhlükəli dövr başlayır: 2025ci ildə bunlar olacaq… KONKRET

20.11.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Rus falçı dünyaya təsir edəcək bir olayla bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, Kremlin dəstəklədiyi mətbuat orqanına verdiyi müsahibədə təəccüblü açıqlamalar verən rus falçı Kazhetta Axmetzhanova dünyada hökm sürən xaotik nizam və Rusiya-Ukrayna müharibəsi ilə bağlı təəccüblü proqnozlar verib:

“Növbəti bir neçə ay dünya üçün son dərəcə təhlükəli dövrdür. Vəziyyət düzəlməzdən əvvəl daha da pisləşəcək. Mövcud Rusiya-Ukrayna böhranı 2025-ci ilə qədər həll olunacaq, lakin bu proses asan olmayacaq”.

Falçı qlobal tarazlıq bərpa olunmazdan əvvəl insanların daha çətin sınaqlarla üzləşəcəyini iddia edib. Onun açıqlamaları sosial mediada böyük əks-səda doğurub.

Qeyd edək ki, Kazhetta Axmetzhanova “Rus Nostradamus” kimi tanınan və gələcəklə bağlı proqnozları ilə gündəmə gələn bir şəxsdir./yenisabah

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью