Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş | Icma.az
Icma.az, Qol.az saytına istinadən bildirir. "Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi.
İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından.
Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Litva ilə keçirilən yoldaşlıq görüşündə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
O, görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib: "İkinci hissədə topa nəzarət bizdə idi.
Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi.
Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi.
Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq.
Tam oxu
Xəbəri oxu