Təhlükəli manevr edən Prius sürücüsü hasarı uçurdu; VAZ son anda.. ANBAAN VİDEO

13.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Astarada baş verən yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri müşahidə kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisənin videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq yaşayış evinin hasarına çırpılıb.

Kadrlardan göründüyü kimi, qəza baş verməzdən əvvəl o, qarşı istiqamətdən gələn “VAZ-2107” markalı avtomobil üçün təhlükəli vəziyyət yaradıb. “VAZ”ın sürücüsü toqquşmadan yayınmaq məqsədilə təcili tormozlama edib və bu zaman nəqliyyat vasitəsi qısa müddətə idarəetmədən çıxıb. Lakin sürücü nəqliyyat vasitəsinə yenidən nəzarəti bərpa edərək baş verə biləcək qəzadan xilas olub.

Nərmin

Oxunub 214

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью