Təhlükəli manevrlər edən qardaşlar qəzaya düşdülər

03.07.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Mingəçevirdə motosiklet avtomobillə toqquşub, iki qardaş xəstəxanalıq olub. 

"Unikal"ın  məlumatına görə, şəhərin böyük prospektlərindən birində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki qardaşın yer aldığı motosiklet avtomobillə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 2009-cu il təvəllüdlü Səmədli Rəvan Fehruz oğlu və onun qardaşı - 2007-ci il təvəllüdlü Səmədli Kənan Fehruz oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Əldə edilən ilkin məlumata və şahidlərin müşahidəsinə görə, iki qardaşın idarə etdiyi motosiklet qəza anınadək şəhərin müxtəlif istiqamətlərində təhlükəli manevrlər ediblər. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью