Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Keniyadakı əczaçılar həyəcan təbili çalırlar; belə ki, ölkədəki qadınlar arasında setirizin (cetirizine) tərkibli dərmanlarla bağlı təhlükəli bir meyl yayılıb.
Medicina.az xəbər verir ki, Sosial şəbəkələrdə allergiya həblərinin vajinaya yerləşdirilməsini tövsiyə edən məsləhətlər yayılır. İddiaya görə, bu dərman təbii nəmlənməni azaldaraq, cinsi əlaqə zamanı daha çox sıxlıq və möhkəmlik hissi yaradır.
Lakin həkimlər bildirib ki, quruluq əzələlərin daha güclü olması demək deyil və bu, qadın cinsiyyət orqanlarının anatomiyasını dəyişmir. Bu qəribə tendensiyaya uyanlar həssas toxumalara zərər vurmaq və infeksiya yoluxdurmaq riski ilə üzləşirlər.
Bundan əlavə, bu dəb Keniyanın bəzi apteklərində setirizin çatışmazlığına səbəb olub. Halbuki bu dərman allergiyası olan insanlar üçün zəruridir (hətta bəzi hallarda həyat qurtarıcıdır). Həblərdən bu şəkildə istifadə etməyə başlayan qadınlara dərhal dayanmaları tövsiyə olunur. Hələ başlamayanlara isə bunu qətiyyən etməmələri məsləhət görülür.
Aygün Musayeva