Təhlükəli vərdiş Cərəyanda olan telefon ölümə səbəb oldu

27.01.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bir çox insan gündəlik həyatda cərəyanda olan mobil telefondan istifadə etməyi təhlükəsiz hesab edir. Lakin Braziliyada baş verən son hadisə bu vərdişin ciddi risklər daşıdığını bir daha gündəmə gətirib.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki. ölkənin şimalında yerləşən Auqusto Korreya şəhərində cərəyan xəttində olan mobil telefonunu istifadə edən 15 yaşlı qızı elektrik vurub. Hadisə axşam saatlarında baş verib. Atası yeniyetmə qızı hərəkətsiz vəziyyətdə görüb və dərhal xəstəxanaya çatdırıb.
Ağır vəziyyətdə olan qız reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər zərərçəkənin bədənində ikinci və üçüncü dərəcəli yanıq izləri aşkarlayıb. Bütün tibbi müdaxilələrə baxmayaraq, yeniyetmə dörd gün sonra həyatını itirib.
Hadisədən sonra bölgədə fəaliyyət göstərən elektrik paylayıcı şirkət tərəfindən aparılan yoxlamalarda son 30 gün ərzində elektrik şəbəkəsində hər hansı nasazlıq və ya dalğalanma qeydə alınmadığını açıqlanıb. Şirkət nümayəndələri baş verən faciənin texniki şəbəkə problemi ilə deyil, məhz cərəyan xəttində olduğu zaman cihazdan istifadə riskləri ilə əlaqəli ola biləcəyini vurğulayıblar.
Mütəxəssislər bildirir ki, elektrik şəbəkəsinə birbaşa bağlı olan telefondan istifadə istənilən anda təhlükə yarada bilər. Xüsusilə keyfiyyətsiz adapterlər, köhnə naqillər, rütubətli mühit və ya uzunmüddətli istifadə riski daha da artırır. Buna baxmayaraq, bir çox insan bu cür xəbərdarlıqlara məhəl qoymur və gündəlik vərdişlərini dəyişmir.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью