Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb Avropada HƏYƏCAN

16.10.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin əvvəlindən Avropa İttifaqı (Aİ) ölkələrində Qərbi Nil virusuna 1 715 yoluxma halı qeydə alınıb, 130 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) məlumat yayıb.
Belçikanın Flandriya bölgəsində də virusdan iki nəfərin öldüyü bildirilib. Hər iki şəxs xəstəliyin ağır keçməsi baxımından yüksək risk qrupuna daxil olub.
Bölgədə tibb müəssisələri əhali arasında profilaktik tədbirlərlə bağlı məlumatlandırmanı gücləndirib.
ECDC-nin məlumatına görə, virus əvvəlki yayılma arealından daha şimal ərazilərə doğru yayılır. Belçikadan sonra Niderlandda da yoluxma halları qeydə alınıb. Həmin ölkədə insanlar arasında 59 yoluxma aşkarlanıb.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью