Təhlükəli xəbərdarlıq: trilyonlarla litr su gedəcək

07.06.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Süni intellekt sistemlərinə xidmət göstərən məlumat mərkəzlərinin su və enerji istehlakının qarşıdakı illərdə kəskin artacağı bildirilir.

"Yeni Sabah" xəbər verir ki, BMT-nin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (UNU-INWEH) hesabatına görə, süni intellekt məlumat mərkəzlərinin su istehlakı 2030-cu ilə qədər 9,3 trilyon litrə çatacaq.

Bu həcm Afrikada yaşayan təxminən 1,3 milyard insanın bir illik əsas məişət su tələbatına bərabərdir. Dominos pizza

Hesabatda qeyd olunur ki, qlobal elektrik istehlakı da 2030-cu ildə 945 teravatt-saata yüksələcək. Bu göstərici Pakistan, Banqladeş və Nigeriyanın ümumi illik elektrik istehlakının təxminən üç mislinə bərabərdir.

Araşdırma BMT-nin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu (UNU-INWEH) tərəfindən hazırlanıb./Musavat.com


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью