Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Azərbaycanda zərərsizləşdirilən terrorçu qruplaşmanın Qusar meşəsində yeraltı sığınacaqla
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Qeyd olunub ki, aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri tapılıb.
Eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza “Sherg.az”a bildirib ki, terror qorxu yaratmaq üçün törədilən cinayətdir:“Burada məqsəd cinayətin törədilməsi deyil, sadəcə olaraq cinayət baş tutduqdan sonra verilən xaosdur.
Terror təşkilatlarının əsas məqsədləri siyasi yönümlüdür və müəyyən siyasi qrumlarla bağlıdır.
Yəni onların məqsədləri dövlət, xalq və yaxud hansısa təşkilatlara qarşı xaos yaratmaqdan ibarətdir.
Belə terror təşkilatlarının, xüsusilə də Azərbaycanda fəaliyyət göstərənlərin arxasında erməni terrorizmi dayanır.
Artıq yüz ildən çoxdur ki, bu cür terror qruplaşmaları fərqli inanclar altında Azərbaycanda fəaliyyət aparırlar.