Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Soyuq Müharibənin sonunda dünyanın aparıcı gücləri nüvə silahlarının azaldılmasının planeti daha təhlükəsiz edəcəyi ilə bağlı razılığa gəlmişdilər.
Artıq o dövr başa çatıb. Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Silahlara nəzarət müqavilələri dağılır, nüvə gücləri öz arsenallarını gücləndirir, yayılma riski artır.
Döyüş meydanında üstünlük əldə etmək üçün taktiki nüvə silahlarından istifadə imkanları getdikcə daha çox müzakirə olunur.
Nüvə müharibəsi qorxusunun qayıdışına aparan yol 1945-ci ildə Nyu-Meksikada Trinit poliqonunda ilk nüvə partlayışı həyata keçirildiyi zaman başlayıb.
1963-cü ildə - Soyuq Müharibə dövründə ABŞ prezidenti Con Kennedi nüvə silahlarının onlarla ölkənin əlində olacağı bir gələcəklə bağlı qorxularını ifadə eləmişdi.
O, bunu “mümkün ən böyük təhlükə” adlandırmışdı. Onilliklər ərzində silahlara nəzarət müqavilələri, texniki maneələr və qarşılıqlı təminat p