Təhlükəsizlik kəmərindən istifadə etməyənlərin diqqətinə XƏBƏRDARLIQ

28.01.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Tibbi və yol təhlükəsizliyi araşdırmalarına əsasən təhlükəsizlik kəməri taxılmadıqda travma riski təxminən 2-3 dəfə artır.

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov deyib.

Onun sözlərinə görə ağır baş-beyin travması, daxili qanaxma və çoxsaylı sınıqların yaranma ehtimalı dəfələrlə yüksəlir:

Nəzərə çatdırıb ki, qəza zamanı avtomobildən kənara atılma riski 20-30 dəfə daha çox olur.

"Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilə rastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmər taxılmadığı üçün xəstə ciddi xəsarətlərlə xəstəxanaya gətirilib. Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, bu xəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью