Təhlükəsizlik məqsədilə 11 ayı məhv EDİLDİ

18.09.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Buryatiyada yaşayış məntəqələrinin yaxınlığında görünən 11 ayı təhlükəsizlik məqsədilə məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın təbiətdən istifadəyə nəzarət xidməti (Burprirodnadzor) məlumat yayıb.

Qurumun məlumatına görə, son sutka ərzində yaşayış məntəqələrinin yaxınlığında ayıların görünməsi ilə bağlı 28 müraciət daxil olub. Dövlət ovçuluq müfəttişləri ovçuların briqadaları ilə birlikdə Ulan-Ude şəhərinin ətrafında və respublikanın bir sıra rayonlarında tədbirlər həyata keçiriblər.

“Keçirilən tədbirlərin nəticəsində 11 ayı məhv edilib. Ümumilikdə, bütün dövr ərzində 188 ayı məhv edilib”, - deyə məlumatda bildirilib.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью