Təhlükəsizlik qüvvələri Əsəd tərəfdarlarının Dəməşqə hücumunu dəf edib

10.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının Suriya paytaxtının Mezzeh rayonunda nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları devrilmiş rejimin qalıqlarının Dəməşqin Mezzeh bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf ediblər", - deyə telekanalın Suriyanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik güclərindəki mənbəsi bildirib. Ölənlər və yaralananlar barədə hələlik məlumat verilməyib.

Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidentinin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.

Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətin tabeliyində olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 800-ü ötüb, əksəriyyəti Ələvi icmasındandır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью