Təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq əldə olunarsa, Putinlə görüş mümkündür

21.08.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinlə görüşün Türkiyə, İsveçrə və ya Avstriyada baş tuta biləcəyini bildirib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O qeyd edib ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri dəqiqləşərsə, Putinlə bir araya gəlməyə hazırdır.

Zelenski Putinlə danışıqlar masasına oturmaq üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin vacib olduğunu vurğulayıb.

Əgər görüş baş tutarsa, Türkiyənin mümkün məkanlardan biri ola biləcəyini deyən Zelenski bildirib: "Təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq əldə olunarsa, Putinlə görüş mümkündür" 

O, Türkiyə ilə yanaşı İsveçrə və Avstriyanı da potensial ev sahibi ölkələr kimi göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью