Təhqiramiz ifadələrə görə cərimə sistemi yeniləndi

20.05.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) qeyri-normal leksikona görə pilotlar üçün cərimə sistemini yeniləyib.
Təhqiramiz ifadələrə görə cərimənin məbləği 10 min avrodan 5 minə endirilib. Stüardların belə davranışa ilk dəfə yol verən pilotun cəriməsini ləğv etmək hüququ da var. Bundan başqa, qayda pozuntusunun konteksi də nəzərə alınacaq. Yəni belə durumlar “nəzarət olunan” və “nəzarət olunmayan” təyini ilə fərqləndiriləcək. Məsələn, mətbuat konfransları nəzarət olunan duruma aiddi.
Amma pilotların trassda və ya paddok zonasında söylədiyi emosional fikirlər “nəzarət olunmayan” meyarına uyğun gəlir və cəzasız qala bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью