Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında bildirilir.
“Bu hərəkət, gəminin sərnişinləri, ekipajı və onların ailələrinin hədələnməsi ilə müşayiət olunub, dəniz quldurluğu və terrorizm aktıdır. İran İslam Respublikası ABŞ-ın bu qanunsuz və cinayətkar hərəkətinin ciddi nəticələri barədə xəbərdarlıq edərək, İrana məxsus gəminin, sərnişinlərin, ekipajın və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır”, – deyə bəyanatında qeyd olunub.
Tehranda həmçinin bildirilib ki, İran milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcək və regiondakı vəziyyətin daha da gərginləşməsinə görə tam məsuliyyət ABŞ-ın üzərinə düşür.
20 aprel tarixində ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzində İran bayrağı altında hərəkət edən və İrana istiqamətinə üzən konteyner gəmisini ələ keçirdiyini açıqlayıb. Bu əməliyyat ABŞ-ın əvvəlcədən tətbiq etdiyi İran limanlarının blokadası çərçivəsində həyata keçirilib. Komandanlıq bildirib ki, gəmi ABŞ-ın tələblərinə əməl etməyincə, Amerika destroyeri konteyner gəmisinin mühərrik hissəsini zədələyib, daha sonra ABŞ hərbi dəniz piyadaları gəmiyə daxil olublar.
Qadir, Bizimyol.info