Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
“Tehran ABŞ ilə dialoqa açıqdır, lakin zərurət yaranarsa, İslam Respublikası özünü müdafiə edəcək və güclü cavab verəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə İranın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.
“ABŞ sonuncu dəfə Əfqanıstan və İraqdakı müharibələrə məsuliyyətsiz şəkildə cəlb olunduqda, 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən artıq amerikalının həyatını itirməsinə səbəb oldu”, — məlumatda qeyd olunur.
Bizim.Media