Tehran ABŞ ilə nüvə danışıqlarının beşinci raunduna dair təklif alıb

20.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tehran ABŞ ilə İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli istiqamətində aparılan danışıqların beşinci raundunun vaxtı və yeri ilə bağlı təklif alıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi İranın dövlət radio və televiziya şirkətinə verdiyi müsahibədə bildirib.

"İran və ABŞ arasında birbaşa olmayan danışıqlarla bağlı növbəti raund təklifi almışıq. Təklif hazırda nəzərdən keçirilir", - deyə Qəribabadi bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью