Tehran ABŞ ni hərbi cinayətdə ittiham etdi XİN dən sərt reaksiya

15.07.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ-nin Hörmüzqan vilayətində ətraf mühitin mühafizəsi postuna hücumu İrana qarşı hərbi cinayətdir.

"AzPolitika" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bəyan edib.

"ABŞ-nin İrana zərbələri, o cümlədən Hörmüzqan vilayətinin Hacıabad rayonunda ətraf mühitin mühafizəsi əməkdaşının ailəsinin 3 üzvünün ölümü ilə nəticələnən əməliyyatları hərbi cinayətdir", - XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, hər yeni cinayət iranlıların ədalətə nail olmaq, günahkarları və təşkilatçılarını təqib edib cəzalandırmaq əzmini daha da gücləndirir.

Daha əvvəl İran mediası ABŞ-nin son hücumlarının tələfatsız ötüşdüyünü açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью