Tehran ABŞ rəsmilərinə qarşı sui qəsd təhdidləri iddialarına cavab verdi

16.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran ABŞ və İsrailin hücumlarına cavab olaraq rəsmilərə sui-qəsd etmir və adi vətəndaşları hədəfə almır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "X" hesabında İranın ABŞ rəsmilərini öldürməklə hədələməsi barədə iddialara münasibət bildirərkən yazıb.

O, bu iddiaları ABŞ və Avropa ictimaiyyətində qorxu yaratmaq və İrana qarşı müharibəyə haqq qazandırmaq məqsədi daşıyan İsrailin mütəşəkkil psixoloji müharibə kampaniyasının bir hissəsi kimi qiymətləndirib.

Bəqayi vurğulayıb ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq rəsmilərə sui-qəsd etməyə və ya adi vətəndaşları hədəfə almağa əl atmır, müqavimət və legitim müdafiə yolu ilə cavab verir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью