Tehran: ABŞ və İsrail bu dəfə də məğlubiyyətə uğrayacaq

29.01.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyur. 

Ölkə.az  xəbər verir ki, bunu iran xarici işlər nazirinin müavini Kazem Qəribabadi  deyib.
Onun sözlərinə görə, ilk ikisi 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibə və 2026-cı ilin yanvar ayında Vaşinqtonun təşkil etdiyi ölkədə baş verən iğtişaşlar olub. "İndi üçüncü mərhələyə qədəm qoyuruq", - iranlı diplomat qeyd edib. 

Qəribabadi əlavə edib ki, hazırda İran ətrafında baş verən hər şey münaqişənin növbəti mərhələsinin başlanğıcını göstərir.

"Bəli, onlar taktikalarını dəyişiblər. Amma bir şeyi deyə bilərəm ki, bu mərhələdə onlar əvvəlki iki mərhələdəki kimi məğlubiyyətə uğrayacaqlar", - o vurğulayıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью