Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
İran hələ də ABŞ-nin iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün təklif etdiyi yekun razılaşmanı cavablandırmayıb.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu danışıqlar qrupuna yaxın mənbə bildirib.
Onun sözlərinə görə, Tehranda yekun mətnlə bağlı müzakirələr davam edir. Mənbə qeyd edib ki, İran keçmiş razılaşmaların təcrübəsini və ABŞ-nin öhdəliklərini yerinə yetirəcəyinə inamsızlığını nəzərə alaraq təklifə çox ehtiyatla yanaşır. Toyuqlu pizza
Mənbə bildirib: "Əvvəlki təcrübəyə əsaslanaraq İran real nəticələr istəyir".
O əlavə edib ki, tərəflər fərqli risk qiymətləndirmələrinə malikdirlər: ABŞ münaqişənin eskalasiyasından qorxur, İran isə mümkün razılaşmanın etibarlılığından narahatdır.
Mənbə vurğulayıb ki, Tehranın mövqeyi konkret və təsdiqlənə bilən addımlar prinsipinə əsaslanır, çünki ölkə əvvəllər razılaşma pozuntuları ilə üzləşib.