Tehran aeroportu beynəlxalq reysləri bərpa edib

08.10.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanı ABŞ və İsrailin İrana qarşı əməliyyatı dövründə dayandırılmış beynəlxalq aviareysləri bərpa edib.

"Report" xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkətinə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, bu gün hava limanı hava əlaqəsinin bərpasından sonra ilk beynəlxalq reysi qəbul edib. İraqın "Iraqi Airways" aviaşirkətinin təyyarəsi Ən-Nəcəf şəhərindən Tehrana gəlib.

Qeyd olunub ki, Tehran və Ən-Nəcəf arasındakı reyslər hər iki istiqamətdə həyata keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью