Tehran atəşkəsi pozmadığına israr edir

24.06.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

İran hakimiyyəti İsrail tərəfinin atəşkəs qüvvəyə mindikdən sonra İsrail ərazisinə raketlər atması ilə bağlı iddialarını həqiqətə uyğun olmayan adlandırır.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı qısa mesajla İranın son bir neçə saat ərzində İsrailə heç bir zərbə endirmədiyinə əmin edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib.

Bunu daha sonra İsrailin baş naziri Benyamin Netanyahu da təsdiqləyib və qeyd edib ki, İsrail İrana zərbə endirmə əməliyyatında məqsədlərinə nail olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью