Tehran Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi

23.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Daim antiazərbaycan təbliğatı aparan bədnam iranlı ekspert Ehsan Müvəhhedian Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçirildikdən sonra X hesabında qərəzli paylaşım edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediasında məlumat yayılıb.

İran və Azərbaycan arasındakı əməkdaşlığa qısqanclığını gizlədə bilməyən Müvəhhedian yazıb:

“İranın Yol və Şəhərsalma Nazirliyi on ildir ki, ticarət dövriyyəsini 300-700 milyon dollardan bir milyard dollara çatdırmaq üçün Araz çayı üzərində İran-Ermənistan sərhədində ikinci körpünü tikə bilmir. Ancaq “cürətkar” Bakıya gəlincə, onlarla layihə tez hazırlanır. Büdcə ilə bağlı heç bir problemləri də yoxdur. Araz çayı üzərində tikilən avtomobil körpüsündən tutmuş Ağbənd-Naxçıvan yoluna qədər və s...”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью