Tehran Bakıya qarşı mövqeyini dəyişəcəkmi? ŞƏRH

01.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"İran-Azərbaycan münasibətlərinin İran Prezidenti Məsud Pezeşkianın rəhbərliyi ilə normallaşdırılması istiqamətində cəhdlər edilir. Xüsusilə iqtisadi sahədə müəyyən addımlar atılır. Digər sahələrdə isə hələlik uyğun addımların atıldığını görmürük. İqtisadi və nəqliyyat sahələrində müəyyən əlaqələr mövcuddur. Amma siyasi, elmi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün ilk növbədə İranda müəyyən islahatların aparılmasına ehtiyac var. Çünki Tehran hakimiyyətinin Azərbaycanı hədələməkdən, ölkəmizə qarşı təhdid dolu çıxışlar etməkdən əl çəkməsi münasibətlərin inkişafına təkan verə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlardan danışarkən səsləndirdi.

Onun sözlərinə görə, xüsusilə İran İnqilab Keşikçiləri Qvardiyasının, yəni SEPAH-ın bu cür addımlardan əl çəkməsi və Azərbaycana normal, qonşuluq münasibəti ilə yanaşması vacibdir.

"Əks halda İranla mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, əlaqələrin inkişaf etdirilməsi çətin ola bilər. Bunun üçün İranda sistemdə müəyyən dəyişikliklərin olmasına ehtiyac var. Hakimiyyət bölgüsü, Konstitusiyanın islahatı və ona dəyişikliklərin edilməsi, SEPAH-ın bütün qurumların daxili işlərinə müdaxilə etməkdən əl çəkməsi kimi məsələlər diqqətdə olmalıdır. Yəni İran daxilində iqtisadi, siyasi, mədəni və digər sahələrdə islahatlar reallaşdırılmasa, heç bir qonşu ölkə ilə sadaladığımız istiqamətlərdə əlaqələrin genişləndirilməsi mümkün olmayacaq və ya bu proses çox böyük çətinliklərlə üzləşəcək", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью