Tehran danışıqların detallarını açıqladı: ABŞ və İran bu məsələləri müzakirə edir

01.06.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

İran və ABŞ müharibənin sona çatması ilə bağlı potensial razılaşmaya BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə razılaşmanın dəstəklənməsini nəzərdə tutan bir bəndin daxil edilməsini müzakirə edirlər. 

Ölkə.az  “mehrnews”a istinadən xəbər verir ki, bunu  İran XİN sözçüsü Esmail Bəqayi  deyib.

"Biz hələ də ümumi müddəaları müzakirə edirik. Bu 14 bənd yalnız əsas maddələri nəzərdə tutur, bunlar arasında razılaşma əldə edildiyi təqdirdə, hüquqi müdafiəyə malik olması üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasında olması barədə müddəa da var", - o bildirib.
Bəqayi onu da qeyd edib ki, Livanda atəşkəs müharibəyə son qoymaq üçün istənilən razılaşmanın ayrılmaz hissəsidir.

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью