Tehran güzəştə hazırlaşmır

12.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək”. İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Tehranın zənginləşdirilmiş nüvə materiallarının bir zərrəsinin belə, ölkədən çıxarılmasına icazə verməyəcəyini bildirib. Rezai bunu Livanın “əl-Məyadin” kanalına müsahibəsində deyib. TŞ katibi onu da vurğulayıb ki, İran bu məsələdə güzəştə getmək niyyətində deyil. Bundan başqa, rəsmi Tehran Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları elan edib. Bu barədə İran Xarici İşlər Nazirliyi bəyanatında bildirilir ki, Argentina hökuməti beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью