Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İran Hizbullahın tərksilah edilməsinə qarışmayacaq”.
Missiya.Az “ISNA” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Livandakı səfiri Müctəba Əmani deyib.
O bildirib ki, Tehran buna müdaxilə etməyəcək.
“Bunlar Livanın daxili işlərinə aid məsələlərdir və İran onlara qarışmır”, - deyə diplomat vurğulayıb.
Əmani qeyd edib ki, Hizbullahın tərksilah edilməsi Livan hökuməti və onun qurumlarının ixtiyarındadır.
Daşqın Həsənov
Missiya.Az