Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, İslam Respublikası parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib ki, fevralın 28-də başlayan hücumlarda Birləşmiş Ştatlar Vyetnam müharibəsində atılandan daha çox sursat istifadə edib.
“Bu gün şahidi olduğumuz şey iradə döyüşüdür. Gördünüz ki, düşmən İranda Vyetnam müharibəsi dövründəkindən daha çox atəş gücündən istifadə edib. Lakin xalqımız möhkəm dayandı və heç nəyə nail ola bilmədi”, - o söyləyib.
Qeyd edək ki, ABŞ ordusu Vyetnam müharibəsi (1955-1975) zamanı təkcə bu ölkə və qonşularının ərazisinə 7 milyon ilə 7,5 milyon ton arasında sursat və bomba atıb.
Mürtəza