Tehran İrəvan və Bakını sülh sazişini imzalamağa çağırır

25.03.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


İran Ermənistan və Azərbaycanı razılaşdırılmış sülh müqaviləsini mümkün qədər tez imzalamağa çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
“İran Ermənistan və Azərbaycanı tez bir zamanda razılaşdırılmış sülh müqaviləsini bağlamağa çağırır və sülh və sabitliyə töhfə verməyə hazırdır. Bütün regional problemlər diplomatiya yolu ilə həll edilməlidir”, - o, qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью