Tehran: İsraili cilovlaya bilməsəniz...

26.06.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İsrailə məxsus hərbi təyyarələrin İranla həmsərhəd ölkələrin hava məkanında fəaliyyət göstərməsi Tehran tərəfindən təhdid kimi qiymətləndirilir.

"Cebheinfo.az" xəbər verir ki, bunu İran silahlı qüvvələrinin hərbi əməliyyatları idarə edən "Hatəmül Ənbiya" Mərkəzi Qərargahı bildirib. 

Bəyanatda qeyd olunub ki, İsrailə məxsus hərbi təyyarələr İranın qonşu ölkələrinin hava məkanında fəaliyyət göstərir və bu fəaliyyət İran istiqamətində həyata keçirilir:

"Bu cür addımlar Tehran tərəfindən təhdid kimi qəbul edilir və təhlükəli təşəbbüs hesab olunur".

Bəyanatda vurğulanıb ki, ABŞ İsraili "nəzarət altında saxlaya" bilməyəcəyi təqdirdə İran özünə qarşı yönələn təhdidlərə dözümlü yanaşmayacaq və təhlükəli addımlara qarşı cavab vermək hüququnu özündə saxlayır.

"Hatəmül Ənbiya" Mərkəzi Qərargahının açıqlamasında İsrail hərbi təyyarələrinin hansı ölkələrin hava məkanında fəaliyyət göstərdiyi və bu fəaliyyətlərin mahiyyəti barədə isə hər hansı məlumat verilməyib.

Xatırladaq ki, bəzi beynəlxalq media orqanları ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı İsrailin Birləşmiş Ərəb Əmirliklərinə "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri və hərbçilər göndərdiyini iddia edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью