Tehran Kiyevə nota verib

26.07.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağrılıb

İran Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilini çağırıb və ona etiraz notası təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Tehran Kiyevi Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib.

İran Xarici İşlər Nazirliyi diplomata öz təhlükəsizliyini və milli maraqlarını qorumaqda israr edəcəyini bildirib.

Xarici İşlər Nazirliyi həmçinin İranın vətəndaşlarına və onların əmlakına qarşı hər hansı bir təcavüz aktına cavab verəcəyini vurğulayıb.

Qeyd edək ki, rəsmi Tehran Xəzər dənizində İran ticarət gəmisinə hücum nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı barədə məlumat yayıb. XİN hadisənin beynəlxalq hüququn pozulması və Ukraynanın münaqişəni qızışdırmaq cəhdi olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью