Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Yanvarın 9-da çəkildiyi bildirilən və sosial mediada yayılan videolar Tehranda etirazların necə amansız şəkildə yatırıldığını göstərir.
"Cebheinfo.az" xəbər verir ki, görüntülərdə repressiv qüvvələrin etirazçılara qarşı ölümcül güc tətbiq etdiyi iddia olunur.
Paylaşılan kadrlarda küçələrdə xaotik vəziyyətin hökm sürdüyü, etirazçıların təhlükəsizlik qüvvələrinin hədəfinə çevrildiyi görünür.
Məlumatlara görə, hadisələr zamanı bir neçə nəfər həyatını itirib, lakin rəsmi qurumlar itkilərlə bağlı hələlik açıqlama verməyib.
Bu videolar İran paytaxtında etirazlara qarşı tətbiq olunan sərt tədbirlərin miqyasını bir daha gündəmə gətirib və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin