Tehran NPT dən çıxmaq istəyir

29.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəsmi Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq təklifini nəzərdən keçirəcək.

"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad bildirib.

O qeyd edib: "NPT-dən çıxma planının layihəsi ən təcili şəkildə nəzərdən keçirilir. Parlamentə çatdıqdan sonra elə həmin gün müzakirə olunacaq". pizza sifarişi

Nikzadın sözlərinə görə, parlament bu addımın beynəlxalq təsirlərini də araşdıracaq.

O əlavə edib ki, İran qanunvericiləri Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) və onun baş direktoru Rafael Qrossiyə etibar etmir.

Ə.Nikzad IAEA direktorunu İranın nüvə obyektlərinə yalnız səthi səfərlər etməkdə və mənfi hesabatlar dərc etməkdə təqsirləndirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью