Tehran Paris reysi sanksiyalar səbəbindən yenidən təxirə salınıb

30.01.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Iran Airtour” aviaşirkətinə məxsus təyyarə sabah Tehrandan birbaşa Parisə uçuş həyata keçirməli idi.
Missiya.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, bir neçə ay Avropaya uçuşların dayandırılmasından sonra Tehrandan Parisə uçuş həyata keçirlməli olan reys Fransa tərəfindən ləğv edilib.

Qeyd olunub ki, “Iran Air” daxil olmaqla bir sıra İrana məxsus aviaşirkətlə Avropa ölkələri tərəfindən sanksiyaya məruz qaldığı üçün hələ də uçuşlar edə bilmir.


Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью