Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN ə çağırıldı

06.10.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Fransanın Tehrandakı səfiri Nikola Roş İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, səfir Fransada etiraz aksiyalarında iştirak edən məktəbli və tələbələrə qarşı hakimiyyət tərəfindən zor tətbiq edilməsi ilə bağlı etirazın bildirilməsi üçün XİN-ə çağırılıb.
İran Xarici İşlər Nazirliyi nümayişlər zamanı insan hüquqlarının kobud şəkildə pozulması hallarının qeydə alındığını bildirib.
Tehran Fransa hakimiyyətinin etirazçılara qarşı davranışını pisləyib və bununla bağlı narazılığını Fransa səfirinə çatdırıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью