Tehran, Pekin və Moskva İranın nüvə obyektlərinə hücumları müzakirə edib

18.07.2025

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Tehran, Pekin və Moskva nümayəndələrinin İranın nüvə obyektlərinə edilən hücumu müzakirə etmək üçün görüşdüklərini açıqlayıb.
Sitat.info xəbər verir ki, o, bununla bağlı, “X” hesabında paylaşım edib.

"Tərəflər İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə — AEBA-nın mühafizəsi altında olan obyektlərə qarşı həyata keçirdiyi qanunsuz və məsuliyyətsiz hücumlar nəticəsində yaranmış vəziyyəti müzakirə etmək məqsədi ilə görüşüblər” -deyə paylaşımda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью