“Tehran Qətərin yanındadır”

15.09.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İran hər zaman Qətərin yanındadır”.

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı özünün "X" sosial media hesabında yazıb.

“Mən İran xalqından açıq bir mesajla Dohadayam. İran Qətərin və bütün müsəlman bacı-qardaşlarının yanındadır, xüsusilə də bölgəni dəhşətə gətirən bəlaya qarşı”, - deyə siyasətçi vurğulayıb. 

Qeyd edək ki, Əraqçının bu açıqlaması İsrailin son günlərdə Qətərə yönəlik hücumları və bölgədə artan gərginlik fonunda səsləndirilib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью