Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
İranın raket proqramı Tehran və Vaşinqton arasındakı danışıqlarda müzakirə mövzusu deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai bəyan edib və vurğulayıb ki, ölkə bu məsələni heç bir tərəflə müzakirə etməyəcək.
"İranın müdafiə və raket potensialı məsələsi qətiyyən danışıqlarımızın tərkib hissəsi olmayıb və heç bir tərəflə heç vaxt müzakirə mövzusu olmayacaq", - deyə o, brifinqdə bildirib.
Məryəm Quliyeva