Tehran rəsmən elan etdi: gözlənilən proses başladı

18.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İrana tətbiq edilən neft sanksiyalarının yumşaldılması prosesi artıq başlayıb. Bu məsələ danışıqlar mərhələsində də gündəmdə qalacaq.

Bakupost.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi ilə bağlı addımların icrası paralel şəkildə aparılacaq və tərəflər arasında müzakirələr davam etdiriləcək:

“Əgər İsrailin Livana qarşı hərbi əməliyyatları davam edərsə, bu, əldə olunmuş anlaşma çərçivəsində öhdəliklərin pozulması kimi qiymətləndirilə bilər.

Tehran ABŞ və İsraili ayrı aktorlar kimi görmür, baxmayaraq ki, onların yanaşma və metodlarında müəyyən fərqlər mövcuddur”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью