Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd EDİB

30.03.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tehran Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb.

Redaktor.az "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

Pezeşkian deyib ki, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib.

“İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edir və heç vaxt danışıqlardan yayınmadığını vurğulayır", - Pezeşkian bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью