Tehran Trampın sözlərini YALANLADI

03.08.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında danışıqlarla bağlı iddiaları yalandır”.

“Cebheinfo.az” xəbər verirki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqeyi bildirib. O deyib ki, İran yalnız Omanla Hörmüz boğazında təhlükəsiz naviqasiyanı təmin etmək üçün danışıqlar aparır. O, mətbuat konfransında bildirib ki, hazırda ABŞ ilə danışıqlar aparılmır: 

“Omanla Hörmüz boğazından təhlükəsiz naviqasiyanı təmin edəcək marşrut üzrə razılığa gəlmək üçün danışıqlar aparılır".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ və İranın 3 avqustda sülh danışıqlarına başlayacağını açıqlamışdı. Tramp, həmçinin “TruthSocial” sosial media platformasında Tehranla razılığa gəlmək üçün İrana planlaşdırılan böyük hücumu ləğv etməyə razı olduğunu yazıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью