Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu, Tehranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərinə tam uyğundur”
“İranın uranın 60 faizə qədər zənginləşdirilməsi yalnız dinc məqsədlər üçün həyata keçirilir. Bu, Tehranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) çərçivəsindəki öhdəliklərinə tam uyğundur”.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Biz uranı dinc məqsədlər üçün 60 faizə qədər zənginləşdiririk və bu, NSYM çərçivəsindəki öhdəliklərimizə uyğundur. Biz NSYM-i pozmuruq", - deyə o, “NBC News”a bildirib.