Tehran Van dəmir yolu yenidən fəaliyyətə başlayacaq

19.01.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın Tehran şəhərindən Türkiyənin Van bölgəsinə qatar marşrutu tezliklə yenidən fəaliyyətə başlayacaq.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu İran Dəmir Yollarının (RAI) baş direktoru Nasir Bəxtiyari bildirib.

Onun sözlərinə görə, bu yolun istifadəyə verilməsində əsas məqsəd əhaliyə keyfiyyətli xidmət göstərməkdir.

Bildirilib ki, bu nəqliyyat xəttinin açılması ilə bağlı tərəflər arasında çoxsaylı görüşlər olub, müzakirə aparılıb. Tehran-Van dəmir yolu marşrutu 2019-cu ilin iyulunda fəaliyyətə başlasa da, sonrakı illərdə layihə dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью