Tehran Vaşinqtona cavabını vasitəçilərlə göndərəcək

08.10.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran ABŞ-ın danışıqlarda irəli sürdüyü təkliflərə cavabını vasitəçilər vasitəsilə çatdıracağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İran-ABŞ danışıqlarında son vəziyyətlə bağlı sualı cavablandırıb.

Bekayi bildirib ki, Tehranın müharibənin dayandırılması və regionda təhlükəsizliyin bərpası ilə bağlı mövqeyi “aydın və birmənalıdır”.

Onun sözlərinə görə, İran bütün cəbhələrdə davam edən müharibəyə son qoyulmasını, həmçinin Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin bərpa edilməsini tələb edir.

İran XİN sözçüsü ABŞ-ın təkliflərinə lazımi cavabın vasitəçilər vasitəsilə veriləcəyini bildirib.

Bekayi İranla ABŞ arasında mesaj mübadiləsinin birbaşa deyil, vasitəçilər üzərindən həyata keçirildiyini vurğulayıb:

“Mesaj mübadiləsi vasitəçilər vasitəsilə həyata keçirilir”.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью