Tehran Vaşinqtonun müvəqqəti atəşkəs təklifini rədd etdi

24.07.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İran ABŞ Prezidenti Donald Trampın İraq vasitəsilə Tehrana çatdırılan atəşkəs təklifini rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.  

Nəşrin məlumatına görə, İran hakimiyyəti Hörmüz boğazı üzərində nəzarət məsələsini həll etməyən müvəqqəti razılaşmada maraqlı olmadıqlarını bildirib.

Məqalədə deyilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranla Vaşinqton arasında artıq kifayət qədər vasitəçinin olduğunu bildirib. O, problemin "mesajlaşmada deyil", Amerikanın "məntiqsiz, acgöz və nəzarət axtaran yanaşmasında" olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью