Tehran vasitəçilik təklifinə cavab almayıb

21.10.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İran münaqişənin həlli üçün danışıqlarda vasitəçilik təklifinə nə Səudiyyə Ərəbistanından, nə də Yəmən husilərindən cavab alıb”

“İran münaqişənin həlli üçün danışıqlarda vasitəçilik təklifinə nə Səudiyyə Ərəbistanından, nə də Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatından cavab alıb”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi Səudiyyə Ərəbistanına məxsus “Əl-Əxbariyyə” televiziya kanalına verdiyi müsahibədə deyib ki, "İran münaqişənin həlli üçün danışıqlarda vasitəçilik təklifinə nə Səudiyyə Ərəbistanından, nə də Yəmən husilərindən cavab alıb".

İran tərəfi bu təklifi oktyabrın əvvəlində irəli sürüb.

Səudiyyə Ərəbistanı husilərlə döyüşən Yəmən hökumət qüvvələrinə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və onların mövqelərinə hava hücumları həyata keçirir. Buna cavab olaraq husilər Krallığın infrastrukturuna qarşı hərbi əməliyyatlar həyata keçiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью