Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
"Vaşinqton Tehranla danışıqlarda sərt rəqiblə üzləşəcək".
"AzPolitika" xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 30 ildən çox təcrübəsi olan sabiq rəsmisi Norman Roll deyib.
O, bildirib ki, İslam Respublikasının məqsədi nüvə proqramını inkişaf etdirmək üçün vaxt qazanmaq ola bilər.
Onun sözlərinə görə, danışıqların davam etdiyi hər gün İranı nüvə silahı yaratmaq astanasına yaxınlaşdırır.
Tehranın danışıqları öz xeyrinə uzatdığını vurğulayan Norman Roll qeyd edib ki, İran eyni zamanda uranı nüvə bombası yaradılmasına gətirib çıxara biləcək səviyyəyə qədər zənginləşdirməyə davam edir.
"AzPoltika.info"